...

ÜÇ TELERADİO ŞİRKƏTİNƏ YAYIM ÜÇÜN 6 İLLİK LİSENZİYA VERİLİB

Cəmiyyət Materials 16 Sentyabr 2005 18:19 (UTC +04:00)

Milli Televiziya və Radio Şurası tərəfindən bir neçə televiziya və radio şirkətlərinə yayım üçün 6 illik müddətə xüsusi razılıq (lisenziya) verilib. Bu barədə Trend ə Milli Teleradio Şurasından məlumat verilib.

Şuranın iclasında bir neçə telekanal və radioya lisenziya verilməsi məsələsi müzakirə olunub. Qərara alınıb ki, "Dünya" Müstəqil Televiziya Şirkətinə və "Mincəçevir" Televiziya və Radio Şirkətinə televiziya yayımı üçün, "Antenn" Teleradio Şirkətinə isə radio yayımı üçün 6 illik müddətə lisenziya verilsin.

Qeyd edək ki, "Dünya" Müstəqil Televiziya Şirkəti Sumqayıt şəhərində və Abşeron ərazisində yayımlanır. "Mincəçevir" Televiziya və Radio Şirkəti isə Mincəçevir və Yevlax şəhərləri ərazisinə yayımlanır.

Xəbər lenti

Xəbər lenti