Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsinə cüdo üzrə ənənəvi beynəlxalq turnir sentyabrın 17-də Maştağa qəsəbəsindəki Olimpiya kompleksində keçiriləcək.
Milli Federasiyadan Trend ə verilən məlumata görə, yarşılarda Rusiya, Qazaxıstan, İran, Türkiyə, Norveç və Gürcüstandan olan idmançılar iştirak edəcəklər. Qeyd etmək lazımdır ki, Gürcüstan idmançıları son bir neçə həftə ərzində Bakıdakı "Neftçi" İOM-də məşq edirlər.
Azərbaycan yığmasının baş məşqçisi Ağayar Axundzadə qeyd edib ki, yarış yoxlama xarakteri daşıyır və sonrakı dövrlər üçün perspekti olan cüdoçularır müəyyən etmək məqsədi daşıyır.