Gimnastlarımız oktyabrın 3-də Bakıda keçiriləcək ünya çempionatı ərəfəsində Berlində keçirilən sonuncu Qran-Pri beynəlxalq turnirində iştirak ediblər.
Azərbaycanın Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend ə verilən məlumata görə, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay, Alina Trepina, Anastasiya Prasolova və Olesya Aleninanın daxil olduğu komanda müxtəlif idman növləri üzrə yarışlarda 24.398 bal toplayaraq 7-ci yeri tutub. Bolqarıstan birinci, Rusiya ikinci, İspaniya isə üçüncü yerə layiq görülüb.
Fərdi proqramda çıxış edən Anna Qurbanova 58.547 xal toplayaraq şəxsi hesabda 15-ci yerdə qərarlaşıb. Rusiyalı Vera Sesina, Olqa Kapranova və ukraynalı Natalya Qodunko 1-ci, 2-ci və 3-cü yerləri bölüşdürüblər.
Dinara Gimatova və Vəfa Hüseynova Moskva yaxınlığındakı Novoqorskda olimpiya hazırlıq mərkəzində məşqləri davam etdirirlər. Dünya çempionatı ərəfəsində onlar Qurbanova ilə birlikdə yekunlaşdırıcı təlim məşq oyunlarında iştirak edəcəklər.