...

OKTYABRIN 5-İ AZƏRBAYCANDA RAMAZAN AYININ BİRİNCİ GÜNÜ ELAN EDİLİB

Cəmiyyət Materials 3 Oktyabr 2005 14:02 (UTC +04:00)

Oktyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayının birinci gününün 2005-i il okityabrın 5-nə təsadüf etməsi ilə bağlı fitva verib.

Fitvaya əsasən, QMİ-nin Qazılar Şurası Şamaxı rəsədxanasının nümayəndələri ilə birlikdə orucluq cədvəlini hazırlayıb. "Biz həddi-büluğa çatmış bütün müsəlmanlara oruc və namaz vaxtlarını bu cədvələ müvafiq nizamlamağı tövsiyyə edirik", - deyə Şurada bildirilib. Həmçinin, Ramazan ayının İslam dünyasında əhəmiyyəti də vurğulanıb.

Noyabrın 4-də Azərbaycanda Ramazan bayramı qeyd olunacaq ki, bununla da orucluq başa çatacaq.

Xəbər lenti

Xəbər lenti