...

UEFA-nın baş katibi Azərbaycanda futbol infrastrukturunun vəziyyətindən razıdır

Cəmiyyət Materials 3 Noyabr 2005 20:31 (UTC +04:00)

"Azərbaycanda futbolun inkişfa modeli digər inkişaf etməkdə olan ölkələr üçün nümunə ola bilər". Trend in məlumatına görə, bu barədə noyabrın 3-də UEFA-nın baş katibi Lars-Kristen Olsson respublikaya səfərinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bəyan edib.

Yüksək rütbəli məmur ölkədə futbol infrastrukturunun vəziyyətindən razı qaldığını və Azərbaycanın bü göstərici üzrə Gürcüstanı arxada qoyduğunu bildirib. Eyni zamanda, L.Olsson stadionların tikintisi Azərbaycana Çempionlar Liqasının və ya Avropa çempionatını əldə etməsinə zəmanət vermir. "Meydanların yenidən qurulması UEFA-nın həyata keçirdiyi klubların lisenziyalaşdırılmasına myüvafiq həyata keçirilməlidir. Əks təqdirdə klublar Avropa Kubokundan çıxdıqdan sonra öz doğma meydanlarında oynaya bilməzlər", - deyə UEFA-nın baş katibi bildirib.

K.Olsson həm də qeyd edib ki, UEFA 4 il ərzində "Hat-trick" proqramını həyata keçiricək və həmin proqrama görə AFFA T.Bəhrəmov adına Respublika stadionunu yenidən qurmaq və Assosiasiyanın ofisini tikmək üçün bir milyon İsveçrə frankı ayıracaq.

Xəbər lenti

Xəbər lenti