...

"AzərReyl" Çempionlar Liqasının "B" qrupunda üçüncü yerdədir

Cəmiyyət Materials 5 Noyabr 2005 11:13 (UTC +04:00)

"AzərReyl" qadın voleybol klubu Çempionlar Liqasının "B" qrupunun turnir cədvəlində 3-cü yerdədir.

Trend in xəbər verdiyi kimi, Zaqrebin "Mladost" klubu üzərində qələbə voleybolçulara Avropa kubokunun dörddə bir finalına düşmək şansını artırıb. "AzərReyl"in əsas rəqiblərindən "Günəş Vaqifbank" klubu İtaliyanın "Pallavolo Sirio" komandasına 0:3 hesabı ilə məğlub olub. Polşanın Kalitsiya komandası isə Kanar adalarında "Tenerife"yə qalib gələrək ikinci yerdə qərarlaşıb.

Xatırladaq ki, Çempionlar Liqasının dörddə bir finalına qrupda 3 ən yaxşı kollektiv çıxacaq.

Xəbər lenti

Xəbər lenti