...

Azərbaycan gimnastları FIG-in yeni reytinqində iki pillə qalxıb

Cəmiyyət Materials 14 Noyabr 2005 13:16 (UTC +04:00)

Beynəlxalq Gimnastika Federasiyası (FIG) 2005-ci ilin ən yaxşı idmançılarının və qrup tapşırıqları üzrə komandaların sonuncu reytinq siyahısını dərc edib.

Azərbaycanın Gimnastika Federasiyasından verilən məlumata görə, Azərbaycan gimnastı Anna Qurbanova dünya cədvəlində öz mövqeyinin bir qədər yaxşılaşdırıb. İki bənd yuxarı qalxan Anna iplə göstərdiyi nəticələrə görə 11-ci yeri tutaraq 19 xal toplayıb. Anna lentlə oyunda göstərdiyi nəticəyə görə 4 xal toplayaraq 999-cu yerdən 15-ci yerə "sıçrayıb". Daha bir 15-ci yeri gimnast gürzlə oyunun nəticələrinə görə (14 xal) əldə edib və topla oyuna görə 14-cü mövqeni (11 bal) tutub.

Dinarə Gimatovaya gəldikdə isə, o, əvvəlki kimi birinci onluğa daxildir. Gimnastımız gürc və lentlərlə oyunda 35 xal toplayaraq 9-cu yeri tutub.

Dünya reytinq cədvəlinə dünya çempionları, rusiyalı Olqa Kapranova (ip, top) və Vera Sesina (lent), eləcə də ukraynalı, planetin ikinci çempionu Anna Bessonova (gürclər) başçılıq edir.

Xəbər lenti

Xəbər lenti