...

Müxalifətin 19 noyabr aksiyasında jurnalistlərə təzyiqlər olmayıb

Cəmiyyət Materials 21 Noyabr 2005 11:10 (UTC +04:00)

Müxalifətin noyabrın 19-da "Qələbə" meydanında keçirdiyi icazəli mitinqdə jurnalistlərə qarşı hər hansı təzyiq faktı qeydə alınmayıb.

Bu barədə Trend ə Mətbuat Şurasının kütləvi aksiyaların müşahidəsini aparan monitorinq qrupundan məlumat verilib.

Mətbuat Şurasının mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının koordinatoru, monitorinq qrupunun rəhbəri İbrahim Məmmədli bildirib ki, aksiyada peşə borcunu yerinə yetirən KİI əməkdaşlarının əksəriyyəti jurnalistlər üçün nəzərdə tutulmuş xüsusi gödəkçələrdə deyildilər. Bir çoxları hətta xidməti vəsiqələrini də boyunlarından asmamışdı: "Bu, hər hansı ekstremal şəraitin yaranacağı təqdirdə onları mitinqçilərdən fərqləndirməyi çətinləşdirir. Müvafiq olaraq jurnalistlərin hüquqlarının müdafiəsi istiqamətində tədbirlər görülməsinə maneçilik törədir",-deyə İ.Məmmədli vurğulayıb.

Xəbər lenti

Xəbər lenti