...

"Qarabağ partizanları"nın azadlığa buraxılması üçün tədbirlər görülür

Cəmiyyət Materials 14 Dekabr 2005 17:31 (UTC +04:00)

"Qarabağ partizanları"nın azadlığa buraxılması üçün intensiv tədbirlər görülür. Bu barədə Trend ə "Qarabağ partizanları"nın hüquqlarının müdafiə komitəsinin sədri Akif Nağı məlumat verib.

A.Nağı bildirib ki, partizanların azadlığa buraxılması üçün Ali Məhkəmənin Plenumuna edilmiş müraciətə hələlik baxılmayıb. Bir neçə gündür ki, məhkumların valideynləri və onların hüqüqlarını müdafiə komitəsinin üzvləri Milli Məclisin, Əfv Komissiyasının, o cümlədən siyasi məhbuslarla bağlı Prezident Aparatının, Milli Məclisin nümayəndələrindən və müstəqil hüquq müdafiəçilərindən ibarət birgə işçi qrupunun üzvləri ilə görüşlər keçirir.

A.Nağı: "Hazırda həbsdə 13 partizan qalıb. Digər 9 partizansa Apellyaisya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Çalışırıq ki, "Qarabağ partizanları"nın adları dekabrın sonu üçün hazırlanan əfv siyahısına daxil edilsin.

Onu da qeyd edim ki, partizanlar cəzaçəkmə müəssisələrində incidilirdilər. Hətta 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum saxlanıldığı şəraitə etiraz əlaməti olara aclıq aksiyasına başlamışdı. Hüquq müdafiəçiləri dərhal məsələyə qarışandan sonra həmin məhkum aclıq aksiyasını dayandırdı".

A.Nağı onu da bildirib ki, "Qarabağ partizanları"nın məsələsi ilə əlaqədar dekabrın 22-nə dəyirmi masa keçiriləcək.

Hüquq müdafiəçiləri Çingiz Qənizadə və Murad Sadəddinov da "Qarabağ partizanları"nın əfvə düşmək ehtimalının yüksək olduğunu bildiriblər.

Xəbər lenti

Xəbər lenti