...

Suriya ərazisində qəzaya uğramış avtobusdakı zəvvarlar "Əbu Bəkr" məscidi icması tərəfindən formalaşdırılmış zəvvarlar qrupunun üzvləridir

Cəmiyyət Materials 18 Yanvar 2006 18:28 (UTC +04:00)

Yanvarın 18-də Suriya ərazisində qəzaya uğramış avtobusdakı zəvvarlar "Əbu Bəkr" məscidi icması tərəfindən formalaşdırılmış zəvvarlar qrupunun üzvləridir.

Bu barədə Trend ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətində məlumat verilib.

Həmin zəvvarlar qrupuna Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə viza verilib. Onların "Karvan" və "Tur" firmaları ilə heç bir əlaqəsi yoxdur.

Suriyanın Xamax şəhəri yaxınlığında qəzaya uğramış avtobusda 26 azərbaycanlı zəvvar olub. Qəza nəticəsində qrupun rəhbəri Rafiq Babayev dünyasını dəyişib. Avtobusun sürücüsünə isə təcili tibbi yardım göstərilib və hazırda onun həyatı üçün təhlükə yoxdur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi avtobusun zərər çəkmiş sərnişinləri və vətənə qayıdan zəvvarlardan ibarət digər qruplar ilə əlaqə yaradıb. Belə ki, Suriyada olan Naxçıvandan gəlmiş zəvvarlar qrupunun rəhbəri Hacı Telmandan xahiş olunub ki, qəzaya uğramış avtobus sərnişinlərinə lazımi qayğı göstərilsin. Razılığa gəlinib ki, bu gün həmin şəxslər mehmanxanada yerləşdirilsin, sabah qrupun avtobusları ilə Naxçıvana, oradansa təyyarə ilə Bakıya dönəcəklər.

Xəbər lenti

Xəbər lenti