...

AFFA beş Federasiya ilə yoldaşlıq görüşləri ilə bağlı danışıqlar aparır

Cəmiyyət Materials 30 Yanvar 2006 15:00 (UTC +04:00)

AFFA beş potensial rəqiblə yoldaşlıq görüşlərinin keçirilməsi imkanları barədə danışıqlar aparır.

Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi şahin Diniyevin Trend ə verdiyi məlumata görə, Montredə Avropa -2008 seçmə turnirinin püşatması gedişində Assosiasiya bu məsələ ilə əbağlı özünün Sloveniya, Malta, Kipr, Rumıniya və Ukraynadan olan həmkarları ilə ilkin dialoq aparıb. "Bu həftə AFFA daha təfsilatlı danışıqlara başlayacaq və bundan sonra yoxlama oyunlarının təqvimini tərtib etmək mümkün olacaq. Bundan əlavə, biz Avropa -2008 ixtisaslaşmasına qədər ona yaxşı hazırlaşmaq üçün yoldaşlıq görüşündə oynamaq niyyətindəyik", - deyə Ş.Diniyev bildirib.

Yaxın yoldaşlıq görüşünü komanda fevralın sonlarında- martın əvvəlində keçirə bilər.

Xəbər lenti

Xəbər lenti