...

Bakı Dövlət Universitetində ibri dili kabineti açılıb

Cəmiyyət Materials 13 Fevral 2006 16:10 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, fevralın 13-də Bakı Dövlət Universitetinin şərqşünaslıq fakultəsində ibri dili kabineti açılıb. Açılış mərasimində çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov kabinetin yaradılmasında, xüsusilə lazımi ədəbiyyatın əldə olunmasında Azərbaycanın yəhudi icmasının nümayəndələrinə və İsrailin Bakıdakı səfiri Artur Lenkə təşəkkürünü bildirib. "Yeni dillərin öyrənilməsi Azərbaycanın dünya ictimaiyyəti ilə əlaqələrini genişləndirməyə imkan verir. İbri dili kabineti Azərbaycan-İsrail əməkdaşlığının inkişafında körpü olacaq", - deyə A.Məhərrəmov qeyd edib.

A.Lenk bildirib ki, yeni dərs ilində İsraildən Azərbaycana gələcəkdə bu ölkənin ali təhsil müəssisələrində ibri dilini tədris edəcək bir tələbə göndəriləcək. "Bu gün İsraildə iki azərbaycanlı tələbə təhsil alır. Hər iki ölkə xalqı bir-biri haqqında nə qədər çox bilsə, onlar arasında əməkdaşlıq daha geniş olacaq", - deyə diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti