...

Slovakiya-Polşa hakimlər dueti "AzərReyl" və "Foppapedretti" oyununu idarə edəcək

Cəmiyyət Materials 14 Fevral 2006 16:32 (UTC +04:00)

Slovakiya-Polşa hakimlər briqadası fevralın 15-də Berqamoda qadınlar arasında voleybol üzrə Çempionlar liqasının birinci dörddə bir final matçında "Foppapedretti" və "AzərReyl" qarşılaşmasını idarə edəcək.

Trend in Avropa Konfederasiyasına (CEV) istinadən xəbər verdiyi kimi, qarşıdakı məsuliyyətli görüşü slovakiyalı Stefan Hank və onun varşavalı həmkarı Qjeqorj Yasina idarə edəcək.

Faiq Qarayevin yetirmələri artıq İsveçrədən görüşün keçiriləcəyi yerə gəlib. Komanda təlim-məşq toplantıları və yerli "Valero" klubu ilə bir neçə yoxlama görüşü keçirib. Fevralın 14-ü axşam komandanın elə qarşılaşmanının keçiriləcəyi "Palasport of Treviglio" arenasında məşq edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti