...

Şahin Diniyev Avropa – 2008 seçmə turnirinin təqvimindən razıdır

Cəmiyyət Materials 14 Fevral 2006 20:29 (UTC +04:00)

Azərbaycanın futbol yığmasının baş məşqçisi Şahin Diniyev Avropa çempionatının "A" qrupunda seçmə turnirinin təqvimindən razıdır. Bununla bağlı müzakirələr artıq Brüsseldə başa çatıb.

Məşqçi Trend ə bildirib ki, təsdiq olunmuş qrafik AFFA-nın tərtib etdiyi oyun cədvəlinin ilkin planına demək olar ki, uyğundur. "Doxsan faiz təsdiq olunmuş təqvim bizim bütün istəklərimizə uyğundur. Yalnız oktyabr istisna təşkil edir. Həmin vaxt yığma dörd gün ərzində öncə Portuqaliyada, sonra isə Belçikada ağır görüş keçirməlidir" -deyə mütəxəssis qeyd edib.

Onun sözlərinə görə, ən yaxşı qrafiki 2004-cü il Avropa çempionatının finalçıları portuqaliyalılar və belçikalılar əldə edib.

Xəbər lenti

Xəbər lenti