Afina olimpiadasının bürünc mükafatçısı İradə Aşumova Moskvada başa çatmış güllə atıcılığı üzrə Avropa çempionatında 17-ci nəticə göstərib.
Trend in xəbər verdiyi kimi, idmançımız pnevmatik tapançadan güllə atma (10 m) üzrə ən yaxşı iyirmiliyə daxil olub. 40 atəşin yekunlarına görə o, 380 xal toplayıb və turnirin finalına düşə bilməyib. Ən güclülərin sırasına daxil olmaq və proqramın son mərhələsində medal qazanmaq uğrunda mübarizəyə qoşulmaq üçün 2 dəqiq atəş çatmırdı.
Turnirin qalibi danimarkalı Süzana Meyerholf olub. Rusiyalı Natalya Paderina 2-ci, polşalı Beata Bartko isə 3-cü yerdə qərarlaşıb.