...

Namiq Abdullayev Daşkənddə beşinci yeri tutub

Cəmiyyət Materials 14 Mart 2006 13:05 (UTC +04:00)

Sidney Olimpiadasının sərbəst güləş üzrə çempionu Namiq Abdullayev Daşkənddə başa çatmış "Qızıl silsilə" turnir mərhələsində beşinci yeri tutub.

Milli Federasiyanın vitse-prezidenti Cavanşir Qurbanov Trend ə bildirib ki, komandamızın tərkibində ən yaxşı nəticəni məhz yığmanın təcrübəli lideri nümayiş etdirib. "Yarış qitənin bir çox tanınmış güləşçilərinin iştirakı ilə keçirilirdi, buna görə də ilk üçlük uğrunda mübarizə aparmaq heç də asan deyildi" - deyə C.Qurbanov qeyd edib.

Yarışın gedişindən danışarkən qeyd etmək lazımdır ki, ilk mərhələdə Namiq bürünc medal uğrunda mübarizəyə daha yaxın idi, amma bu mükafatı qazanmaq ona nəsib olmayıb. Turnirin 55 kq-dək çəki dərəcəsində qalibi amerikalı Samuel Henson olub. N.Abdullayev həmin güləşçini Sidney Oyunlarının finalında məğlub edib.

Xəbər lenti

Xəbər lenti