...

Tomris Azəri: "Aprelin 22-də Nyu-Yorkda ermənilərin soyqırım uydurmalarının ifşasına həsr olunmuş mitinq keçirəcəyik"

Cəmiyyət Materials 15 Mart 2006 15:49 (UTC +04:00)

Aprelin 22-də Nyu-Yorkun "Taym-Skver" mərkəzi parkında Azərbaycan-Amerika cəmiyyətinin fəalları Osmanlı Türkiyəsində ermənilərin "soyqırım"la bağlı uydurmalarının ifşasına həsr olunmuş mitinq keçiriləck. Trend in xəbər verdiyi kimi, bu barədə dekabrın 15-də Azərbaycan-Amerika cəmiyyətinin sədri Tomris Azəri məlumat verib.

O qeyd edib ki, Nyu-Yorkda simpoziumun keçirilməsi planlaşdırılır. Burada Amerika ictimaiyyətinə ermənilər tərəfindən Dağlıq Qarabağda, xüsusilə Xocalıda azərbaycanlıların soyqırımı ilə bağlı ətraflı məlumat veriləcək.

"ABŞ-dakı Azərbaycan icmasının fəaliyyəti getdikcə hiss olunmaqdadır", - deyə T.Azəri qeyd edib. O bildirib ki, 2006-cı ildə cəmiyyət fəalları şəxsən konqresmenlərə və senatorlara erməni təbliğatının süniliyi ilə bağlı 600-dən çox müraciət və məktub təqdim edib.

Xəbər lenti

Xəbər lenti