...

Əfqanıstan Veteranları İttifaqının sabiq sədri 1 il vəzifə tutmaq hüququndan məhrum edilib

Cəmiyyət Materials 17 Mart 2006 19:20 (UTC +04:00)

Əfqanıstan Veteranları İttifaqının (ƏVİ) sabiq sədri Məmməd İsgəndərov Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin hökmü ilə cərimələnərək 1 il vəzifə tutmaqdan məhrum edilib. Bu barədə Trend ə Nəsimi rayon Məhkəməsinin sədri Ələddin Cəfərov məlumat verib.

ƏVİ-nin sabiq sədri vəzifə saxtakarlığında, ƏVİ-yə məxsus torpaq sahələrini satmaqda və sənədləri saxtalaşdırmaqda təqsirləndirilib.

Məmməd İsgəndərova verilən ittihamda ƏVİ-yə zərər vurması göstərilsə də, ibtidai istintaq zamanı bu qurum zərərçəkən kimi tanınmamışdı. Məhkəmənin gedişatında ƏVİ-nin nümayəndəsinin həmin qurumun işdə zərərçəkən kimi tanınması barədə verdiyi vəsatət də hakim tərəfindən təmin edilib. Məmməd İsgəndərov bununla razılaşmayaraq apellyasiya şikayəti versə də, şikayət təmin olunmayıb.

Xəbər lenti

Xəbər lenti