...

Özbəkistan Azərbaycandan dərman preparatlarının idxalına başlayıb

Cəmiyyət Materials 29 Mart 2006 17:50 (UTC +04:00)

Özbəkistan Azərbaycandan dərman preparatlarının idxalına başlayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Trend ə verdiyi məlumata görə, hazırda ölkənin iri dərman istehsalçısı "Azərfarm" bir sıra ölkələrə, o cümlədən MDB ölkələrinə 23 növ dərman preparatı ixrac edir.

Onun sözlərinə görə, dərman preparatlarının ölkəyə idxalına nəzarət gücləndirilib. Bütün preparatlar nazirliyin mərkəzi nəzarət laboratoriyasının ekspertiza şöbəsində yoxlamadan keçir.

"2005-ci ildə nazirlik 33 növ dərman preparatının istifadəyə yararsız olduğunu aşkar edib. Nəticədə bu preparatların idxalına qadağa qoyulub", - deyə mətbuat xidmətinin rəhbəri qeyd edib.

S.Məmmədova bildirib ki, aparılmış yoxlamalar zamanı daha iki preparatın (Multitop Etm5004, Carmestan 10mq OE-17) istifadəyə yararsız olması aşkar edilib və ölkəyə idxalı dayandırılıb.

Bununla yanaşı, mərkəzi nəzarət laboratoriyasında "Qaynar xətt" (498-93-44) fəaliyyət göstərir və əhali hər hansı bir dərman haqqında məlumat almaq üçün bu xətt vasitəsilə müraciət edə bilər.

Xəbər lenti

Xəbər lenti