...

TQDK dövlət əmlakının idarə edilməsi üzrə Dövlət komitəsinə qəbul üçün imtahan keçirir

Cəmiyyət Materials 30 Mart 2006 16:26 (UTC +04:00)

Aprelin 1-dən Azərbaycanın tələbə qəbulu üzrə Dövlət komitəsi (TQDK) dövlət əmlakının idarə edilməsi üzrə Dövlət komitəsinə qəbul olunmaq üçün imtahan keçirir. Bu barədə Trend ə TQDK-də bildirilib.

Namizədlər baş məsləhətçi, aparıcı məsləhətçi və böyük məsləhətçi vəzifələri üçün keçirilən müsabiqədə iştirak edə bilər. İmtahanlarda 81 namizəd iştirak edəcək: 17 qadın və 64 kişi. Namizədlər 100 suala cavab verməlidir. Hər bir doğru cavab 1 bal olaraq qiymətləndirilir. 80 bal toplayan namizədlər ikinci turda imtahanı davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti