...

Yaxın vaxtlarda Azərbaycanın Səhiyyə Nazirliyi ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı təklifləri təqdim edəcək

Cəmiyyət Materials 31 Mart 2006 09:54 (UTC +04:00)

Yaxın vaxtlarda Azərbaycanın Səhiyyə Nazirliyi ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı təklifləri təqdim edəcək.

Trend in xəbər verdiyi kimi, bu barədə martın 30-da səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib.

Onun sözlərinə görə, bu, genişləndirilmiş prosesdir və nazirlik bir ay ərzində bu istiqamətdə işləri başa vurmağa çalışacaq.

O.Şirəliyev onu da bildirib ki, bu işlərə həm də Azərbaycanın Səhiyyə sistemində islahatların aparılması layihəsi çərçivəsində Dünya Bankının ekspertləri də cəlb olunub. Qeyd edək ki, layihədə sığorta məsələləri də öz əksini tapıb.

Hökumətdən Trend ə bildirilib ki, Səhiyyə Nazirliyinin təklifi ilə layihənin genişləndirilməsi ilə əlaqədar onun dəyəri arta bilər.

Təklif olunmuş $50 mln həcmində kreditin məbləği isə dəyişərək $60 mln təşkil edə bilər.

Qeyd edək ki, tibbi sığorta haqqında Qanun 1999-cu ildə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti