...

Azərbaycan-Türkiyə görüşünü gürcüstanlı hakimlər idarə edəcək

Cəmiyyət Materials 4 Aprel 2006 15:41 (UTC +04:00)

Gürcüstanlı hakimlər briqadası aprelin 12-də T.Bəhramov adına Respublika stadionunda Azərbaycan və Türkiyə arasında yoldaşlıq oyununu idarə edəcək.

AFFA-dan Trend ə verilən məlumata görə, görüşün baş hakimi Levan Paniaşvili, onun köməkçiləri isə Koba Qabriçidze və Zaza Menteşaşvili olacaq. Bu, hakimlərin Bakıya birinci səfəri deyil. Belə ki, onlar 2000-ci il Avropa çempionatının seçmə turniri çərçivəsində meydan sahibləri və moldovanlar arasında oyunu idarə edib. Xatırladaq ki, heç-heçə başa çatmış bu görüşdə L.Paniaşvili qonaqların iki futbolçusunu, daha sonra Azərbaycan yığmasının hücumçusu Fərrux İsmayılovu oyundan çıxarmışdı.

Qeyd etmək lazımdır ki, 2002-ci il Dünya çempionatının bürünc mükafatçıları ilə oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti