...

Azərbaycanın cüdo üzrə komandası Yunanıstana yola düşüb

Cəmiyyət Materials 5 May 2006 13:21 (UTC +04:00)

Azərbaycanın cüdo üzrə komandası mayda keçiriləcək Avropa çempionatına hazırlıq çərçivəsində təlim-məşq toplanışlarında iştirak etmək üçün Yunanıstana yola düşüb.

Yığmanın baş məşqçisi Ağayar Axundzadənin Trend ə bildirdiyi kimi, kollektivin tərkibinə Ramil Qasımov (66 kq), Elnur Məmmədli (73 kq), Mehman Əzizov (81 kq), Kifayət Qasımova (52 kq) və digər atletlər daxildir. Yığma Egey dənizi sahilində məşq toplanışları keçirəcək digər komandaların idmançıları ilə birgə hazırlaşacaq.

A.Axundzadə onu da vurğulayıb ki, Yunanıstana getməzdən əvvəl onun yetirmələri Zaqatalada olub və bu idman növünün texniki və taktiki elementlərini təkmilləşdirib.

Xəbər lenti

Xəbər lenti