...

Misir Mərdanov: 2006-2007-ci tədris ili üçün dövlət ali məktəblərinə qəbul planı hazırlanıb

Cəmiyyət Materials 5 May 2006 15:16 (UTC +04:00)

2006-2007-ci tədris ili üçün dövlət ali məktəblərinə qəbul planı artıq hazırlanıb. Trend xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərlə söhbətində bildirib.

Nazir qeyd edib ki, məsələ ilə bağlı qəraraı artıq imzalayıb. Qərar Nazirlər Kabinetinə göndərilib: "Nazirliyin Kollegiyasının özəl ali məktəblərin fəaliyyəti ilə bağlı mayın 4-də keçirilən iclasının qərarını əsas tutaraq həmin məktəblər üçün növbəti tədris ilində qəbul planını tərtib edəcəyik".

M.Mərdanov onu da bildirib ki, növbəti tədris ilinin qəbul planında dövlət ali məktəblərində artım yoxdur. Ancaq özəl ali məktəblərdə isə az da olsa azalma gözlənilir.

Xəbər lenti

Xəbər lenti