...

Azərbaycan şahmatçıları öz oyununu "tapır"

Cəmiyyət Materials 26 May 2006 10:50 (UTC +04:00)

Turində keçirilən Ümumdünya Şahmat Olimpiadasının 4-cü və 5-ci turları azərbaycanlı şahmatçılara qələbə gətirib. Trend in xəbər verdiyi kimi, əgər 4-cü turda Nigeriya yığması üzərində qələbə qanunauyğun olmuşdusa, 5-ci turda moldavanların 1:5-2:5 hesabla şahmatçılarımıza məğlubiyyəti onların öz oyununu "tapması" qənaətinə gəlməyə əsas verir.

Komandanın lideri qrossmeyster Teymur Rəcəbov və qrossmeyster Q.Hüseynov qələbə qazanıb, qrossmeyster Vüqar Haşımov isə rəqibi ilə xalları bölüşdürüb. Zəif oyun nümayiş etdirən qrossmeyster N.Quliyev yenə də məğlub olub.

5 turdan sonra azərbaycan şahmatçıları 12.5 xalla 18-27-ci yerləri bölüşdürür.

5-ci turda öz aralarında heç-heçə oynamış Rusiya və Ermənistan yığmaları 15.5 xalla liderlik edir.

Xəbər lenti

Xəbər lenti