...

Azərbaycanın kişilərdən ibarət voleybol yığması Portuqaliyada çıxış edəcək

Cəmiyyət Materials 2 İyun 2006 13:01 (UTC +04:00)

Azərbaycanın kişilərdən ibarət volyebol yığması iyunun 2-də Portuqaliyada başlayacaq Avropa çempionatının qrup seçmə turnirində çıxış edəcək.

Trend in xəbər verdiyi kimi, yarış cədvəlinə görə, ilk qarşılaşmada Oqtay Musayevin yetirmələri ev sahibləri ilə gücünü sınayacaq, bir gün sonra isə Belçika yığması ilə görüşəcək. Kollektiv yarışın cari mərhələsini beloruslarla görüşlə başa vuracaq ki, bununla da qrupun qalibi müəyyən olunacaq.

Qeyd etmək lazımdır ki, rəqiblərlə müqayisədə voleybolçularımızın aşağı reytinqini nəzərə alsaq, onlar üçün yüksək yer uğrunda mubarizə aparmaq çətin olacaq. Digər tərəfdən isə kollektiv təsnifat raundu çərçivəsində Avstriya üzərində qələbədən sonra turnirin 2-ci mərhələsinə vəsiqə qazana bilib.

Xəbər lenti

Xəbər lenti