...

3-7 iyulda Azərbaycanda Çelyabinsk vilayətinin Mədəniyyət günləri keçiriləcək

Cəmiyyət Materials 5 İyun 2006 18:21 (UTC +04:00)

İyunun 3-dən 7-ə qədər Çelyabinsk vilayəti qubernatorunun birinci müavini Andrey Kosilovun başçılığı ilə Çelyabinsk vilayətinin nümayəndə heyəti Bakıda olacaq.

Trend in "Ural-press-inform"a əsasən verdiyi xəbərə görə, Çelyabinsk vilayətinin iqtisadi inkişaf nazirliyindən bildiriblər ki, səfər Rusiya Federasiyasının Azərbaycanda illik tədbirlər proqramı çərçivəsində keçiriləcək.

Cənubi Ural nümayəndə heyətinin tərkibinə aparıcı yaradıcılq kollektivlərinin, sənət ustalarının, elm və sahənin işgüzar dairələrinin nümayəndələrinin 130 iştirakçısı daxil olacaq.

Çelyabinsk vilayətinin mədəniyyət günlərinə "Dostluğun ipək yolu. Cənubi Ural - Azərbaycan: əməkdaşlıq və inkişaf adına dialoq" Çelyabinsk vilayətinin universal elmi kitabxanası və Rusiya rəssamlar ittifaqının Çelyabinsk şöbəsi - "Cənubi Ural rəssamları" daxildir. Dekorativ -tətbiqi sənət nümunələri "Ural istedadları ilə zəngin" sərgisində təqdim olunacaq.

Səfər zamanı Çelyabinsk vilayəti və Azərbaycan Respublikası hökümətləri arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş, Çelyabinsk vilayəti universal elmi kitabxanası və Azərbaycanın Axundov adına milli elmi kitabxanasının əməkdaşlığı haqqında saziş, Çelyabinsk dövlət və Bakı dövlət uniersitetləri arasında saziş imzalamaq planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti