...

Bakı komandalararası boks üzrə Dünya kubokunu qəbul edəcək

Cəmiyyət Materials 9 İyun 2006 18:35 (UTC +04:00)

Bu ilin payızında komandalararası boks üzrə Dünya kubokunun keçirilməsi Azərbaycana həvalə olunub.

Milli Federasiyanın prezidenti Ağacan Əbiyevin Trend ə verdiyi məlumata görə, AİBA başçısı Ənvər Çoudri bu təşəbbüsü dəstəkləyib. A.Əbiyev qeyd edib: "Ə.Çoudri Bakıda onun şərəfinə keçirilən yubiley turnirində olarkən döyuşlərin gedişatını onlayn rejimində əks etdirən ekranlarla əlaqədar, son boks yeniliklərini necə uğurla həyata keçirdiyimizi görüb. Yarışların sonunda o, Federasiyamızın ünvanına kompliment deyərək, qeyd edib ki, Bakı daha da iri startları qəbul edə bilər. Ona görə də komandalararası Dünya kubokunun Bakıda keçirilməsində təəccüblü heç nə yoxdur".

Eyni zamanda AİBA Dünya kubokunun keçirilmə yerini yaxın günlərdə gözlənilən Konqresində qəti şəkildə təsdiq edəcək.

Xəbər lenti

Xəbər lenti