...

Rimas Kurtinaytis Azərbaycan yığmasını 2012-ci il Olimpiadasına hazırlayacaq

Cəmiyyət Materials 22 İyun 2006 14:28 (UTC +04:00)

Azərbaycanın kişilərdən ibarət basketbol yığmasının baş məşqçisi Rimas Kurtinaytis komandanın rəhbəri olaraq qalacaq və basketbolçuları 2012-ci il Olimpiadasına hazırlayacaq.

Milli Federasiyanın mətbuat katibi Ramin Kəsəmənskinin Trend ə verdiyi məlumata görə, qarşısında qlobal məqsədlərin durduğu litvalı mütəxəssis sentyabrda vaxtı bitəcək müqaviləsinin müddətini uzadacaq. "Son iki il ərzində yığma Səudiyyə Ərəbistanında Ümumdünya İslam oyunlarını və Albaniyada İnkişaf Kubokunu qazanıb. Basketbolçular isə öz güclərinə inam əldə edib. İndi kollektiv 2012-ci il Oyunlarına lisenziya uğrunda mübarizə aparmağı qarşısına məqsəd qoyub", - deyə R.Kəsəmənski vurğulayıb.

Qeyd etmək lazımdır hazırda R.Kurtinaytis Litvanın yeniyetmələrdən ibarət yığmasını Avropa birinciliyinə hazırlayır.

Xəbər lenti

Xəbər lenti