...

İyulun 10-da prokuror "Yeni fikir"çilərə cəza tələb edəcək

Cəmiyyət Materials 3 İyul 2006 18:28 (UTC +04:00)

İyulun 10-da prokuror Şahin Rəhimov məhkəmədən "Yeni fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirliyə, onun müavinləri Ramin Tağıyevə və Səid Nuriyevə cəza tələb edəcək. Trend xəbər verir ki, iyulun 3-də keçirilmiş sonuncu məhkəmə iclasında iş üzrə sənədlərin elanı və videokassetlərə baxış keçirilib.

Qeyd edək ki, martın 31-də məhkəmə iclasına keçirilmiş hazırlıq iclası zamanı təqsirləndirilən şəxslərin vəkilləri Osman kazımov və Elçin Qəmbərov məhkəməyə order təqdim edərək onların müdafiəsinə yenidən qoşulduqlarını bəyan ediblər. Bundan sonra sənədlər elan edilib, o cümlədən R.Bəşirlinin Tbilisi görüşünü və ibtidai istintaq zamanı dindirilməsini əks etdirən kassetlər nümayiş olunub.

R.Bəşirli və onun vəkili O.Kazımov kassetlərdəki bəzi məqamlarla razılaşmayıblar.

İclasın sonunca hakim elan edib ki, məhkəmə prosesi artıq yekunlaşıb və növbəti məhkəmə iclasında artıq söz dövlət ittihamçısının olacaq. Dövlət ittihamçısı isə çıxışa hazırlaşmaq üçün məhkəmədən bir həftə vaxt istəyib.

Məhkəmənin qərarına əsasən, prokuror və vəkillər iyulun 10-da çıxış edəcəklər. Növbəti günlərdə isə təqsirləndirilən şəxslər son söz demək hüququndan istifadə edəcəklər və hakim hökmü elan edəcək.

Xəbər lenti

Xəbər lenti