...

Xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət komitəsinin əməkdaşları H.Əliyevin məzarını ziyarət edib

Cəmiyyət Materials 5 İyul 2006 11:45 (UTC +04:00)

İyulun 5-də xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimov və qurumun əməkdaşları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Trend in məlumatına görə, komitə nümayəndələri H.Əliyevin məzarı önünə gül çələngi qoyublar.

Nazim İbrahimov və komitə əməkdaşları ümummilli liderin xatrəsini ehtiramla yad ediblər. Sonra komitə nümayəndələri akademik Zərifə Əliyevanın qəbrini ziyarət ediblər.

Qeyd edək ki, iyulun 5-də xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət komitəsinin yaradılmasının 4 ili tamam olur. 2000-ci il iyulun 5-də eks-prezident H.Əliyev bu komitənin yaradılmasına dair fərman imzalamışdır.

Xəbər lenti

Xəbər lenti