...

2006-2007-ci tədris ilində Azərbaycanın ali təhsil məktəblərində magistraturalara qəbul üzrə 4360 yer ayrılıb

Cəmiyyət Materials 6 İyul 2006 12:27 (UTC +04:00)

2006-2007-ci tədris ilində Azərbaycanın ali təhsil məktəblərində magistraturalara qəbul üzrə 4360 yer ayrılıb. Bu barədə Trend ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Azərbaycan sektoru üçün 3085, rus sektoru üçün isə 673 yer ayrılıb. Birgə müsabiqə üzrə 602 yer nəzərdə tutulub. Ödənişsiz təhsil üçün plan üzrə 1737 yer, ödənişli əsaslarla isə 2623 yer (bunun 2115-i dövlət, 508-i isə özəl təhsil müəssisələri üçün nəzərdə tutulub) ayrılıb.

Xatırladaq ki, sənəd qəbulu iyulun 7-dən başlayır. Bu il respublikanın 38 ali təhsil müəssisəsi (bunun 25-i dövlət, 13-ü özəldir) magistraturaya qəbul keçirir.

Xəbər lenti

Xəbər lenti