...

Nuşirəvan Məhərrəmli: "Payız aylarında yeni regional telekanallarının açılması üçün tender elan olunacaq"

Cəmiyyət Materials 6 İyul 2006 16:46 (UTC +04:00)

Bu ilin payızında yeni regional televiziya kanallarının açılması üçün tender elan olunacaq. Bu barədə Trend ə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərəmli məlumat verib.

O bildirib ki, bölgələrdə yeni kanalların açılması gözlənilir. Amma bundan əvvəl lisenziya müddəti uzadılmamış teleanalların məsələsi həll olunacaq. Bundan sonra yeni kanalların açılması məsələsinə baxılacaq: "Biz yeni regional kanalların açılması barədə düşünürük. Çünki regionallarda kanallar azdır. Amma əvvəclə kanalların lisenziya məsələsini həll etməyi planlaşdırırıq. Bundan sonra regional kanalların sayının artırılmasına başlanılacaq. Bunun üçün müsabiqə elan olunacaq. Məsələn, hər hansı bir bölgə üzrə müsabiqə elan edəcəyik və istənilən təsisçi tenderdə iştirak edib tezliyi ala bilər. Şuranın növbəti iclaslarında bu məsələni müzakirə edəcəyik. Çox güman ki, payız aylarında bu məsələyə baxılacaq".

Nuşirəvan Məhərrəmli telekanalların fəaliyyətində qanun pozuntularına yol verilib-verilməməsi barədə danışarkən qeyd edib ki, bu sahədə vəziyyət hazırda normaldır: "Telekanallarda reklam haqqında qanunun pozulması faktları azalıb. Reklamlarda əvvəllər daha çox pozuntulara yol verilirdi, hazırda isə onlar minimuma endirilib. Başqa pozuntulara rast gəlinəndə bu haqda məlumat veriləcək. Ötən il seçki dövründə telekanallarda tez-tez pozuntulara yol verilirdi və Teleradio Şurası bununla bağlı xəbərdarlıqlar etmişdi. Hazırda isə bu məsələ öz yoluna düşüb və heç bir xəbərdarlıq edilmir".

Xəbər lenti

Xəbər lenti