...

Kanadada Üzeyir Hacıbəyovun əsərinin premyerası olacaq

Cəmiyyət Materials 7 İyul 2006 13:33 (UTC +04:00)

İyulun 24-dən avqustun 16-a qədər Niaqara şəhərində (Niagara-on-the-Lake, Ontario) məşhur musiqiçi Atis Bankasın bədii rəhbərliyi altında "2006 Niagara International Chamber Music Festival" adlı səkkizinci beynəlxalq musiqi festivalı keçiriləcək.

Trend in verdiyi xəbərə görə, "2006 Niagara International Chamber Music Festival" festivalının proqramına, yubileyləri ilə əlaqədar, V.A.Motsartın (anadan olmasının 250 illiyi) və D.Şostakoviçin (anadan olmasının 100 illiyi) əsərləri daxil olub.

Mosart və Şostakoviçin əsərləri ilə yanaşı, festivalın açılışı şərəfinə keçirilən konsertdə Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Mosart mövzusunda fantaziya" və İsmayıl Hacıyevin "Klassik stildə konsertino" adlı əsərləri ifa olunacaq. Bununla yanaşı, festivalın reklam prospektində deyildiyi kimi, Ü.Hacıbəyov və İ.Hacıyevin əsərləri Şimali Amerika premyerası çərçivəsində keçəcək.

Sevindirici haldır ki, artıq bir çox illər Kanadada yaşayan Azərbaycan violonçelçisi Teymur Sadıxov da festivalın iştirakçısı kimi təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti