...

Vyanada "KİV azadlığı: jurnalistlərin müdafiəsi və məlumata çıxış" adlı beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 11 İyul 2006 16:31 (UTC +04:00)

İyulun 23-14-də Vyanada ATƏT-in "KİV azadlığı: jurnalistlərin müdafiəsi və məlumata çıxış" adlı beynəlxalq konfransı keçiriləcək. Trend agentliyinin ATƏT-in Venadakı katibliyinə istinadən yaydığı məlumata əsasən, tədbir ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Mikloş Xarasti, ATƏT Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun direktoru Kristian Ştroqal, eləcə də "Artikl 19" təşkilatının icraçı direktoru Anyens Kalamarın iştirakı ilə keçiriləcək.

Konfransın 2-ci günü Mərkəzi Asiya və Cənubi Qafqaz Azad Fikir Şəbəkəsinin direktoru Azər Həsrət Cənubi Qafqazda KİV sahəsindəki vəziyyət ilə bağlı çıxış edəcək.

ATƏT-in Bakı ofisinin mətbuat katibi Ülvi Axundlu, eləcə də onun demokratlaşdırma məsələlri üzrə nümayəndəsi Angela Qossinger və onun köməkçisi Elşad Fərzəliyev təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti