...

"Bakı" Çempionlar Liqasında çıxışına məğlubiyyətlə başlayıb

Cəmiyyət Materials 12 İyul 2006 11:22 (UTC +04:00)

"Bakı" Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində səfərdə Gürcüstanın "Sioni" klubuna 0:2 hesabla məğlub olub.

Trend in xəbər verdiyi kimi, qonaqlar oyuna kifayət qədər fəal başlayıb və gürcülərin qapısı qarşısında bir neçə təhlükəli anlar yaradıb. Xüsusilə Ramazan Abbasov fəallığı ilə seçilib. Onun zərbəsindən sonra top dirəkdən bir neçə sm kənara gedib. Meydan sahibləri də fəal surətdə əks hücuma keçmişdi. Ancaq "Bakı"nın qapıçısı Dialo və müdafiə arxayınlıqla hərəkət edirdi.

Bununla belə, birinci taymın sonuna yaxın Azərbaycan çempionunun oyununu sarsıdan iki epizod baş verdi. Əvvəlcə Vüqar Quliyev 2-ci sarı vərəqə aldı. Bu hadisə son xəbərdarlıq alan R.Abbasovdan da yan keçmədi.

İkinci taymda "Sioni" "Bakı"nın qapısına hücumu gücləndirdi və 70-ci dəqiqədə öz istəyinə nail oldu. Son saniyələrdə isə meydan sahibləri daha bir qol vuraraq növbəti dövrəyə çıxmaq şanslarını daha da artırdı.

Xəbər lenti

Xəbər lenti