...

Jurnalistlər arsında "Demokratikləşən dövlətdə ordu" mövzusunda müsabiqə keçirilir

Cəmiyyət Materials 13 İyul 2006 19:54 (UTC +04:00)

Bir neçə hərbyönümlü təşkilat jurnalistlər arasında "Demokratikləşən dövlətdə ordu" mövzusunda yazı müsabiqəsi elan edib. Bu barədə Trend ə təşkilatçılar məlumat verib.

Müsabiqəni "Ehiyatda və istefada olan zabitlər ittifaqı", "İctimai maraqlar mərkəzi" ictimai birliyi və "Silahlı qüvvələrdə korrupsiyaya qarşı mübarizə mərkəzi" keçirir. Müsabiqənin qaliblərinə pul mükafatı veriləcək. 1-ci yer 300 ABŞ dolları, 2-ci yer 200 dollar, 3-cü yerin qalibi isə 150 dollar həcmində mükafat alacaq. Layihənin donoru Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu (Soros Fondudur.

Müsabiqənin şərtləri, məqsədləri barədə KİV-lərə açıqlama verilib.

Xəbər lenti

Xəbər lenti