...

FİFA-nın azərbaycanlı hakimləri UEFA Kubokunun "Rozelar" - "Vardar" oyununu idarə edəcək

Cəmiyyət Materials 21 İyul 2006 14:03 (UTC +04:00)

FİFA-nın azərbaycanlı hakimlər briqadası UEFA Kubokunun birinci raundu çərçivəsində iyulun 27-də Belçikada keçiriləcək "Rozelar" və Makedoniyanın "Vardar" klubları arasında cavab oyununu idarə edəcək.

Hakimlər Komitəsinin başçısı Əli Hüseynovun Trend ə verdiyi məlumata görə, görüşün baş hakimi Babək Quliyevdir. Xəttdə onun köməkçiləri hakimlər İlham Əliyev və Aydın Ələkbərov olacaq. İmamxan Sultani isə 4-cü hakim qismində çıxış edəcək. O, məşqçi skamyasında klublara nəzarət edəcək. Meydan sahiblərinə "Vardar" ilə heç-heçə oynamaq kifayətdir. Çünki belçikalılar qonaq meydanında rəqibi 2:1 hesabla məğlub etmişdi.

Xatırladaq ki, bu günlərdə Vüsal Əliyevin başçılıq etdiyi digər yerli briqadamız da təyinat alıb. Bu briqada Avropa birinciliyinin gənclər arasında İngiltərə-Moldova seçmə oyununu idarə edəcək.

Xəbər lenti

Xəbər lenti