...

TEMPUS proqramı çərçivəsində Azərbaycana təxminən 4 mln. avro yardım göstərilib

Cəmiyyət Materials 21 İyul 2006 18:53 (UTC +04:00)

Tempus proqramı çərçivəsində Azərbaycana təxminən 4 mln. avro yardım göstərilib. Bu barədə Trend ə Təhsil Nazirliyindən xəbər veriblər.

Nazirlikdən bildiriblər ki, bu vəsaitlər Avropa Birliyi tərəfindən 1995-2006-ci illər ərzində, yəni Azərbaycanın proqramla əməkdaşlıq etdiyi müddətdə ayrılıb. Vəsaitlər təhsil sisteminin təkmilləşdirilməsi və onun dünya standartlarına uyğunlaşdırılması ilə bağlı 19 layihənin gerçəkləşdirilməsinə yönəldilib. Layihələrin həyata keçirilməsinə 16 universitet cəlb olunub. Layihələrin gerçəkləşdirilməsi nəticəsində bir çox universitetlərdə yeni fakültələr və ixtisaslar yaradılıb, bir sıra ixtisaslar üzrə tədris təkmilləşdirilib və yeni kurslar açılıb.

Hazırda 4 universitetin (Texniki Universitet, Memarlıq-İnşaat Universiteti, Gəncə Kənd Təsərrüfatı Universiteti və Bakı Dövlət Universiteti) iştirakı ilə 2 layihə gerçəkləşdirilir.

Xəbər lenti

Xəbər lenti