...

Milli mətbuatın yaranmasının ildönümü münasibəti ilə Həsən bəy Zərdabinin məzarı ziyarət olunub

Cəmiyyət Materials 22 İyul 2006 12:08 (UTC +04:00)

İyulun 22-də Azhərbaycan milli mətbuatının yaranmasının 131-ci ildönümü qeyd olunur. Trend in məlumatına görə, bu münasibətlə Fəxri Xiyabanda Həsən bəy Zərbadinin məzarı ziyarət olunub.

Ziyarətdə Azərbaycan Mətbuat Şurasının, digər jurnalist təşkilatlarının rəhbərləri, qəzet redaktorları, media əməkdaşları iştirak ediblər. Milli mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabinin xatirəsi yad edilib, ruhuna dualar oxunub, məzarı önünə gül-çiçək qoyulub.

Jurnalistlər Nəcəf Nəcəfov və Elmar Hüseynovun da məzarını ziyarət ediblər. "Monitor" jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun söz azadlığının mücahidi olduğu qeyd edilb, onun qatillərinin tapılıb cəzalandırılmasının vacibliyi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti