...

Azərbaycanın boks yığması Avropa Çempionatının ümumkomanda hesabında 4-cü olub

Cəmiyyət Materials 24 İyul 2006 11:45 (UTC +04:00)

Azərbaycanın boks yığması Plovdivdə başa çatmış Avropa Çempionatının ümumkomanda hesabında 4-cü yeri tutub.

Trend in xəbər verdiyi kimi, birinciliyin nəticələrinə görə kollektiv 3 gümüş və 1 bürünc qazanıb ki, bu da ilk onluqda yer almış Ermənistan, Finlandiya, İtaliya, Belarus, Macarıstan və Rumıniyanı geridə qoymağa imkan verib. Çempionatın qalibləri ruslar olub. Onların aktivində 9 qızıl və 2 gümüş mükafat var. 2-ci və 3-cü yerləri bolqarlar və ukraynalılar bölüşdürüb.

Qeyd etmək lazımdır ki, birinciliyin yekunlarına görə 7 dəri əlcək ustamız qarşıdakı dünya çempionatında iştirak etmək hüququ əldə edib.

Xəbər lenti

Xəbər lenti