...

Həcc ziyarətilə bağlı sənədlər oktyabrın 1-nə qədər qəbul ediləcək

Cəmiyyət Materials 24 İyul 2006 15:19 (UTC +04:00)

Həcc ziyarətilə bağlı sənədlər oktyabrın 1-nə qədər qəbul ediləcək. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər veriblər.

QMİ ötən həftədən etibarən sənəd qəbuluna başlayıb. Bu il həcc ziyarətinə getmək istəyən 350 nəfər QMİ-yə müraciət edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı bu il Azərbaycana 4 500 yer ayırıb, eləcə də ölkə ərazisində yaşayan xaricilər üçün daha 200 yer verib. Qiymətlərdə müəyyən dəyişikliklər müşahidə olunur. Zəvvarların çoxu avtobusla getmək istədiyindən bu, onlara $ 1350 (ötən mösümdə - $1320) başa gələcək, "Boinq 737" təyyarəsilə gedənlər isə $ 2200 ($2100) ödəyəcək.

Xəbər lenti

Xəbər lenti