...

Salyanda Korrupsiyaya qarşı Koordinasiya Şurası fəaliyyətə başlayıb

Cəmiyyət Materials 27 İyul 2006 13:12 (UTC +04:00)

Salyanda Korrupsiyaya qarşı Koordinasiya Şurası fəaliyyətə başlayıb. Bu barədə Trend ə Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov məlumat verib.

Qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə Fondu və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasıyası birlikdə regionlarda ictimaiyyət və dövlət orqanlarının nümayəndələrinin birgə fəaliyyət göstərəcəyi Korrupsiyaya qarşı Koordinasiya Şuralarının yaradılmasına başlayıb. İlk belə Şura Saylan rayonunda yaradılıb.

Koordinasiya Şurasının ilk iclası keçirilib, toplantıda Salyan rayon icra hakimiyyətinin, rayonun ictimai və siyasi təşkilatlarının, məhkəmənin, polis şöbəsinin, bələdiyyənin, KİV-lərin nümayəndələri, hüquqşünaslar iştirak ediblər. Şuranın üzvləri Salyan rayonunda korrupsiyaya, rüvşətxorluğa qarşı mübarizə aparmaq üçün tədbirlər planı barədə müzakirələr aparılıb. Qərara alınıb ki, Salyan rayonunda arı-ayrı sahələr üzrə korrupsiyanın səviyyəsini öyrənmək üçün yerli əhali arasında araşdırmalar aparılsın, ictimai rəyin nəticələri əsasında rayonda korrupsiyaya qarşı mübarizə mexanizmi hazırlansın. Bundan başqa, korrupsiyaya qarşı mübarizə sahəsində əhali arasında maarifləndirici işinin aparılması üçün müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Əhalinin ərizə və şikayətlərinə baxılması ilə bağlı mövcud problemlərə dair təkliflər irəli sürülüb, əhali və sahibkarların şikayətlərinin müvafiq dövlət orqanlarına istiqamətləndirmək qərara alınıb.

Xəbər lenti

Xəbər lenti