İlin sonunadək Azərbaycanda musiqi təhsilinin inkişafı proqramı layihəsinin hazırlanması üzrə işlər başa çatacaq.
Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.
Layihə təhsil nazirinin tapşırığına uyğun olaraq hazırlanır. Proqram 5 il üçün nəzərdə tutulub. Proqramda bu sahədə mövcud problemlərin həlli yolları, musiqi məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi perspektivləri, musiqiyə dair xüsusi ədəbiyyat və dərsliklərin nəşri öz əksini tapacaq.
Bu istiqamətdə işə musiqi sahəsində mütəxəssislər, incəsənət xadimləri cəlb olunub.