...

Hüquq Maarifçiliyi Cəmiyyəti məhkəmələrin monitorinqi üzrə aralıq hesabatını açıqlayıb

Cəmiyyət Materials 4 Avqust 2006 18:15 (UTC +04:00)

Hüquq Maarifçiliyi Cəmiyyəti məhkəmələrin monitorinqi üzrə aralıq hesabatını açıqlayıb. Bu barədə Trend ə Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev məlumat verib.

Təşkilat 2006-cı ilin may ayından ABŞ-ın Demokratiyaya Dəstək Fondu (NED) ilə əməkdaşlıq çərçivəsində reallaşdırdığı "Azərbaycanda məhkəmə sisteminin islahatı" layihəsi çərçivəsində məhkəmə proseslərinin monitorinqini keçirir. Monitorinqlır əsasən mülki işlər üzrə məhkəmə proseslərini əhatə edir.

Müşahidələr Ali, Apellyasiya və İqtisad məhkəmələrində, Bakının Nizami, Suraxanı, Yasamal, Gəncənin Nizami və Kəpəz, Masallı və Lənkəran rayon məhkəmələrində aparılıb. Müşahidə zamanı ədalətli məhkəmə araşdırması hüququnun müxtəlif aspektlərinə toxunulub. Hesabata açıq məhkəmə araşdırması hüququ, pulsuz tərcüməçi xidmətindən istifadə hüququ, tərəflərə hüquqlarının izahı, nizam-intizam və məhkəmə iclasında qayda, çəkişmələr, tərəflərin bərabərliyi prinsipi, igəncə faktları, seçki hüquqlarının pozuntusu ilə bağlı işlər və başqa məsələlər barədə monitorinqlər daxil edilib.

Xəbər lenti

Xəbər lenti