...

"Neftçi"nin forvardları Azərbaycanın futbol üzrə çempionatının bombardirləri siyahısında lider oldular

Cəmiyyət Materials 7 Avqust 2006 12:30 (UTC +04:00)

"Neftçi" futbol klubunun forvardları Georgi Adamiya və Fərrux İsmayılov ötən həftə sonu start götürmüş ölkə çempionatının bombardirləri siyahısında lider olublar.

Trend in xəbər verdiyi kimi, hər iki oyunçu T.Bəhramov adına Respublika stadionunda keçirilmiş "Gənclər birliyi"nə qarşı oyunda seçiliblər. Bu zaman istedadlı hücumçular hələ birinci taymda əsas vəzifələrinin öhdəsindən gəlib, fasilədən sonra isə iki mövsümü "Karvan"da keçirmiş F.İsmayılov dubl etmək şansını əldən verib.

Qeyd etmək lazımdır ki, qalan dörd görüşdə azarkeşlər yalnız bir qol gördülər - "Bakı" klubunun forvardı Andre Qomeş cərimə meydanından vurduğu güclü zərbə ilə Azərbaycan çempionuna "Olimpik" üzərində oyunda mühüm qələbə gətirdi (1:0). "Şahdağ" - "MKT-Araz", "Gilan"-"İnter" və "Simurq"-"Turan" görüşləri isə heç-heçə ilə başa çatıb (0:0).

Xəbər lenti

Xəbər lenti