...

Yevlax və Şəkidə yerli telekanalların açılması üçün müsabiqə elan edilib

Cəmiyyət Materials 8 Avqust 2006 18:14 (UTC +04:00)

Avqustun 8-də Milli televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Bu barədə Trend ə Milli Teleradio Şurasından məlumat verilib.

İclasda Şəki və Yevlax şəhərlərində regional televiziya kanallarının açılması barədə məsələ müzakirə edilib. Şuranın qərarı ilə Şəki və ətraf rayonlarda yayımlanması planlaşdırılan 53-cü tezliyi, habelə Yevlax və ətraf rayonlarda yayımlanacaq 57-ci tezliyi tutmaq üçün müsabiqə elan edilib. Müsabiqənin müddəti və şərtləri barədə KİV-lərə əlavə məlumat veriləcəyi bildirilib.

Xəbər lenti

Xəbər lenti