Azərbaycanın şahmat yığması Türkiyədə keçirilən Ümumldünya Uşaq Olimpiadasında 5-ci yerə çıxıb.
Trend xəbər verir ki, Vasif Durarbəyli, Ayaz Məmmədov, Vüqar Rəsulov və Rəşad Həsənovdan ibarət yığmamız CAR-ı 3:1 hesabı ilə məğlub edib. Bu qələbə yarış zamanı bir dəfə də heç-heçə oynamamış kollektivə 25 xal toplayaraq 5-ci yeri tutmağa imkan verib. Macarıstandan olan şahmatçılar da eyni göstərici nümayiş etdirib, lakin əlavə əmsala görə türnir protokolunda Azərbaycandan yüksək yer tutub.
Yarışın qalibləri isə ukraynalılar olub.