...

Azərbaycanın futbol yığması Palanqda gənclər arasında keçirilən turnirdə oynayacaq

Cəmiyyət Materials 16 Avqust 2006 15:09 (UTC +04:00)

Azərbaycanın gənclərdən ibarət futbol yığması (U-17) avqustun 16-da Palanqda başlanacaq ənənəvi beynəlxalq turnirdə iştirak edəcək.

Trend xəbər verir ki, qrup mərhələsi çərçivəsində Yaşar Vahabzadənin idmançıları 1-ci yer uğrunda Gürcüstan, Belarus və Polşa komandaları ilə yarışacaq. Qalib Rusiya, Ukrayna, Litva və Latviya ilə həlledici matçda oynamaq hüququnu ala bilər. Azərbaycan futbolçuları yarışa yaxşı hazırlaşıb və bir həftə əvvəl təlim məşqləri keçirib.

Qeyd etmək lazımdır ki, komanda üçün Palanqaya səfər payızda Bakıda keçiriləcək Avropa birinciliyinin birinci kvalifikasiya raunduna vacib hazırlıq mərhələsidir.

Xəbər lenti

Xəbər lenti