...

Sentyabrda Moskvada Azərbaycan filmlərinin nümayiş etdirilməsi planlaşdırılır

Cəmiyyət Materials 17 Avqust 2006 16:31 (UTC +04:00)

Sentyabr ayında Rusiyanın paytaxtı Moskvada bir neçə gün Azərbaycan filmlərinin nümayiş etdirilməsi planlaşdırılır. Bu barədə Trend ə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva bürosunun rəhbəri İlqar Hacıyev məlumat verib.

O bildirib ki, Moskvadakı "Bakı" kinoteatrında Azərbaycan filmlərinin nümayiş etdirilməsi nəzərdə tutulub. Eyni zamanda Bakıda da rus filmlərinin nümayişi planlaşdırılır: "Bir həftə Bakıda Rusiya filmlərinə baxış keçirilməsi, ondan sonra isə Moskvada Azərbaycan filmlərinin nümayişi nəzərdə tutulur. Bunun üçün artıq Rusiyanın Mədəniyyət Nazirliyindən rəy alınıb. Azərbaycanın Mədəniyyət Nazirliyinə də müraciət ediləcək. Hazırda biz tanınmış kinodramaturq Rüstəm İbrahimbəyovla da bu məsələni müzakirə edirik", - deyə İ.Hacıyev bildirib.

Xəbər lenti

Xəbər lenti